logo

Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit üzrə Siyasət

“AGE” MMC

“AGE” MMC (Bundan sonra – Cəmiyyət) olaraq bizim başlıca məqsədimiz mövcud yerli və beynəlxalq tələblər əsasında layihələrimizin icra fəaliyyəti zamanı insanların sağlamlığına və əmlakına, avadanlıqlara, ətraf mühitə həmçinin fəaliyyətimizin təsiri altında qala biləcək Cəmiyyət üzvlərinə ziyan vurmadan bu sahədə təhlükəsiz iş mühiti yaratmaqdır.

Bu siyasətin həyata keçirilməsi üçün Cəmiyyətin piroritet addımları aşağıdakılardır:

  • Cəmiyyətin işçilərinin Əməyin Mühafizəsi və Təhlükəsizlik sahəsi üzrə biliklərinin, vərdişlərinin yüksəldilməsi istiqamətində müvafiq işlərin həyata keçirilməsi;
  • Cəmiyyətin rəhbərliyi tərəfindən baş vermiş bütün hadisələr dəqiq şəkildə tədqiq və təhlil edilərək, oxşar və təkrarlanan halların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, bu barədə işçi heyətin təlimatlandırılması və məlumatlandırılması;
  • Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün fəaliyyətlərimizin ekoloji aspektlərdən idarə edilməsi;
  • Əməkdaşların fəaliyyəti prosesində, əməyin mühafizəsi sahəsində risklərin idarə edilməsinə uyğun olaraq insanların sağlamlığının qorunması və mümkün zədələrin qarşısının alınması;
  • Sağlamlıq, təhlükəsizlik və əməyin mühafizəsinin idarə olunması ilə bağlı bütün proseslərin davamlı inkişafı və tənzimlənməsi üçün müvafiq parametrlərin monitorinqi və təhlilinin həyata keçirilməsi;
  • Cəmiyyətin layihə icra ərazilərində xidmət zamanı ən müasir, təhlükəsiz texnologiya və texnikanın tətbiqinə nail olunması;
  • Cəmiyyət işçilərinin təhlükəsiz avadanlıqlar və fərdi mühafizə vasitələr (FMV) ilə təchiz edilməsi üçün lazımi şəraitin yaradılması;
  • Sağlamlıq üçün təhlükəsiz, riski olmayan plan və iş sistemi, həmçinin təhlükəsiz iş yeri və əməyin mühafizəsinin təmin edilməsi, fövqəladə (gözlənilməyən) hallar üçün fəaliyyət planının hazırlanması və daim inkişaf etdirilməsi.

İnanırıq ki, SƏTƏM Siyasətinin təsbit olunmuş prinsip və dəyərlərini qəbul edərək, gündəlik fəaliyyətimizdə insanların təhlükəsizliyinə, sağlamlığına və əmlakına zərər vura biləcək hər hansı təhlükələrin qarşısının alınması üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsinə nail olacağıq.

AZ EN RU