logo

Layihələr

Mikrotunel

Mikrotunel uzaqdan idarə  oluna bilən, hidravlik avadanlıqlardan istifadə  etməklə müxtəlif növ boruların xəndək qazıntısı olmadan çəkilməsində tətbiq olunan tunel tikintisi metodudur.

Bu metod  avtomobil yolu, dəmir yolu, metro xətti, hava limanları, çay keçidlərində və digər xəndək qazıntısı mümkün olmayan və ya riskli olan yerlərdə tətbiq olunur.

“AGE” MMC Azərbaycanda mikrotunel texnologiyarını tətbiq edən ilk yerli şirkət olmaqla yanaşı, bu sahədə tamamilə yerli mütəxəssilərdən ibarət komandaya sahibdir.

Tullantı Su Təmizləmə Qurğuları (TSTQ)

İllər keçdikcə əhalinin artması ilə istifadə olunanan  su miqadarı  və tullantı artmaqdadır. Bu suların təbiətə nəzarətsiz buraxılması təbii tarazlığın və bioloji müxtəlifliliyin pozulmasına səbəb olur.

Bu səbəbdən tullantı suların təmizlənməsinə və hətta təkrar istifadəsi üçün müasir qurğuların tətbiqi zərurəti yaranıb. “AGE” MMC olaraq biz TSTQ tikintisini həyata keçirərək təbiətin və bəşəriyyətin həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət edirik.

Su və Kanalizasiya Təchizatı

Yaşayış məntəqələrinin keyfiyyətli içməli su ilə təmini və tullantı sularının zərərsizləşdirərək təbiətə buraxılması müasir həyatın zəmanətidir.

“AGE” MMC təsis olunduğu gündən etibarən su və kanalizasiya şəbəkələrinin tikintisini həyata keçirməklə, bu sahədə 15  illik təcrübəyə sahibdir.

Yol tikintisi

İqtisadi inkişafın əsası yoldur.

“AGE” MMC olaraq, peşəkar mühəndis komandamızla ölkə hüdudlarımızdan kənarda yol tikintisi sahəsində beynalxalq layihələri uğurla həyata keçirir.

AZ EN RU