logo

Rəhbərlik

Fariz Cəmili

Əsas meyarları qloballaşma və texnologiya olan 21-ci əsrdə, ölkəmizi dünya iqtisadiyyatında layiq olduğu mövqeyə çatdırmaq üçün, yüksək əlavə dəyər yaradan, neft-qaz resurslarından asılılığımızı azaldan, insana, xüsusilə gənc nəslə investisiya edən korporativ şirkətlərin qurulması zəruridir.
Bu zərurəti yaradan əsas səbəblərdən biri 30 illik həsrətin ardından işğaldan azad olunan ərazilərimizdir.
Bu möhtəşəm qələbəyə görə başda Ali Baş Komandanımıza, igid əsgərlərimizə, vətən uğrunda canını, qanını fəda edən qazi və şəhidlərimizə ömür boyu minnətdarıq.
2007-ci ildə təsis olunan “AGE” MMC-nin məqsədi ölkəmizin iqtisadi inkişafına öz töhvəsini verməkdir. Xüsusilə infrastruktur tikinti sektorunda yeni texnologiyaların tətbiqi, şəffaf idarəetmə, milli-mənəvi dəyərlərimizə sahib çıxan kadrların yetişdirilməsi fəaliyyətimizin əsas istiqamətini təşkil edir.

AZ EN RU