logo

Ekoloji və Keyfiyyət üzrə Siyasət

“AGE” MMC

“AGE” MMC (Bundan sonra – Cəmiyyət) fəaliyyəti zamanı təqdim etdiyi xidmətlərin çeşidlərinin və keyfiyyətinin davamlı inkişaf etdirilməsi istiqamətində ISO 9001:2015 beynəlxalq standartına uyğun Keyfiyyət İdarəetmə Sistemini və ISO 14001:2015 beynəlxalq standartına uyğun Ekoloji İdarəetmə Sistemini tətbiq etməkdədir. Cəmiyyətin əsas hədəfləri, nizamnamə ilə müəyyən olunan vəzifələrin icrasının effektiv şəkildə həyata keçirilməsi, icra proseslərinin optimal və səmərəli idarə edilməsi, ölkənin infrastruktur tikinti sektoruna müsbət töhfə verilməsi və milli iqtisadiyyatın inkişafında əhəmiyyətli mövqeyə yiyələnməsidir.
Cəmiyyətin Ekoloji və Keyfiyyət üzrə Siyasəti aşağıdakı prinsiplərə uyğun formalaşmışdır:

  • Fəaliyyət istiqamətləri üzrə əməkdaşların bilik səviyyəsinin və səriştəliklərinin artırılmasını təmin etmək;
    Yüksək müştəri məmnuniyyətinə nail olmaq və müştəri şikayətlərini, müştərini razı salacaq səviyyədə tez bir zamanda aradan qaldırmaq;
  • Əsas fəaliyyət sahələrində inkişafa nail olmaq üçün İnteqrasiya olunmuş İdarəetmə Sisteminin tələblərinə uyğun prosesləri tətbiq etmək, həmin proseslərin monitorinqini aparmaq, strateji biznes hədəflərə, müvafiq qanunvericiliyin və standartın tələblərinə uyğun olaraq proseslərin icrasını təmin etmək;
  • Cəmiyyət daxilində xidmət icrası zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək, bu sahədə adekvat nəzarəti təşkil etmək, yaranan insidentləri operativ araşdırmaq və aradan qaldırılması üzrə zəruri tədbirlər görmək;
  • Strateji və biznes planların vaxtaşırı monitorinqini həyata keçirmək, işlərin icrasındakı davamlı inkişafdan əmin olmaq üçün hazırkı inkişafı illik hədəflərlə müqayisə etmək;
  • Cəmiyyətin uzun müddətli və dayanıqlı inkişafa nail olması məqsədilə korporativ idarəetmə prinsiplərinə uyğun şəffaflığı təmin etmək;
  • Ölkənin normativ və hüquqi aktlarının tələblərinə ciddi əməl etmək, fəaliyyət göstərilən sahədə qabaqcıl beynəlxalq təcrübələrə yiyələnmək;
  • Cəmiyyətin nailiyyətlərinə və xidmətin keyfiyyətinə təsir edən bütün prosesləri yaxşılaşdırmaq, innovativ tədbirlər həyata keçirmək;
  • Ekoloji çirklənməyə səbəb olan faktorları nəzarət altında saxlayaraq və layihənin icrası zamanı ən müasir texnologiyalardan istifadə edərək, ətraf mühitə vuracağımız zərəri minimuma endirmək;
  • Davamlı inkişaf edən İnteqrasiya olunmuş İdarəetmə Sistemində ekologiyanın qorunmasını xidmətin keyfiyyəti və resurs israfının qarşısının alınması fəaliyyətləri ilə birgə həyata keçirmək;
  • Cəmiyyətin Ekoloji və Keyfiyyət üzrə Siyasəti rəhbərlik tərəfindən ildə bir dəfədən az olmayaraq nəzərdən keçirilməli, ehtiyac yarandıqda yenilənməsi üzrə qərar verilməli və bütün maraqlı tərəflər üçün açıq olması təmin edilməlidir.
    İnanırıq ki, İnteqrasiya olunmuş İdarəetmə Sistemində təsbit olunmuş prinsipləri qəbul edərək, gündəlik fəaliyyətimizdə tətbiq edəcək və qarşımızda duran yeni-yeni vəzifələrin uğurla həyata keçirilməsinə nail olacağıq.
AZ EN RU