logo

Haqqımızda

AGE MMC

2007 -ci ilin aprel ayında təsis olunan “AGE” MMC-nin əsas fəaliyyət istiqaməti infrastruktur tikinti layihələridir.

Fəaliyyətinin  ilk illərindən etibarən mikrotunel tikintiləri sahəsində ixtisaslaşan şirkətimiz, ölkəmizdə yerinə yetirdiyi irili-xırdalı 40-dan çox mikrotunel tikintisiylə yanaşı, Özbəkistan və Qırğızıstanda da oxşar layihələri uğurla icra etmişdir.

Əldə olunan təcrübə və yüksək kvalifikasiyalı kadrlar sayəsində şirkətimiz xarici partnyorlarla əməkdaşlıq edərək, beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilən layihələrdə tikintilərin idarə və icra olunmasında aktiv iştirak etmişdir.

Kifayət qədər maddi-texniki  bazaya sahib olan şirkətimiz, istənilən mürəkkəblikdə infrastruktur layihələrinin icrasını öz öhdəsinə götürməyə hazırdır.

Gündən-günə daha çətin yeni layihələri tamamlayaraq təcrübələrə yiyələnən “AGE” MMC, bunları edərkən biznes etikası və müştəri məmnuniyyətini daima prioritet qəbul edir.

Onlar bizi seçir

AZ EN RU